mobil versiya

"Naxçıvana hücum Bakıya xəbərdarlıq idi" - SEPAH-dan təhdid mesajı



İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Naxçıvan hava limanına edilən hücumla bağlı sosial şəbəkədə paylaşım edib.

Qeyd edək ki, hadisə ilə bağlı ilkin məlumatlar əvvəllər təkzib olunsa da, SEPAH son paylaşımında Naxçıvan hava limanına yönələn hücumun İran istehsalı olan Arash‑2 pilotsuz uçuş aparatı ilə həyata keçirildiyi, Bunun Bakıya bir mesaj olduğunu bildirib.
"Naxçıvan hava limanına - xüsusilə də İsrail və ABŞ zabitlərinin ölkəmizin infrastrukturuna hücumları planlaşdırdığı və idarə etdiyi hissəyə hücum həyata keçirən "Arash-2" dronu olub. Düşmən bunu görür və bilməlidir ki, İran heç bir tərəflə nə zarafat edir, nə də kiməsə güzəştə gedir. 120 kiloqramlıq döyüş başlığı və çox yüksək dağıdıcı gücü olan bu vasitə quru qoşunları tərəfindən istifadə olunur. Bu, yalnız Bakıya verilən bir xəbərdarlıq gülləsi idi", - deyə SEPAH-ın paylaşımında qeyd olunub. ("AzPolitika.info")



KARUSEL / GÜNDƏM
Tarix: 5-03-2026, 16:41