mobil versiya

“Çelsi”nin cəzalı futbolçusu boş vaxtını necə keçirir?




Ukrayna millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik dopinq səbəbindən diskvalifikasiya olunsa da, gündəlik məşqlərini davam etdirir və boş vaxtını “Kounter-Strike” oynamaqla keçirir.

Ukraynalı futbolçunun uzunmüddətli diskvalifikasiyası təsdiqlənərsə, “Çelsi” onunla müqaviləni ləğv edə bilər.
25 yaşlı yarımmüdafiəçinin son rəsmi oyunu 2024-cü ilin noyabrında baş tutub. “Çelsi” həmin vaxt 2024/25 mövsümündə, Konfrans Liqasının ümumi mərhələsində “Haydenhaym”la qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Mudrik həmin oyunda qol vurmağı da bacarıb. (Komanda.az)


Reportyor.az 





KARUSEL / İDMAN
Tarix: 18-03-2026, 15:52