mobil versiya

Mbappe “Real”ın həkimlərinin xidmətindən imtina edib





“Real”ın hücumçusu Kilian Mbappe ilə klub prezidenti Florentino Peres arasında telefon danışığı baş tutub.

Ekip” xəbər verir ki, fransalı forvard klub rəhbərinə komandanın həkimləri tərəfindən müalicə olunmaq istəmədiyini bildirib. Bu danışığın cari ayın əvvəlində baş tutduğu vurğulanır.
Daha əvvəl mediada yer alan xəbərlərə əsasən, Madrid klubunun tibbi heyəti Mbappenin dizində yanlış nahiyəni müayinə edib. Bu məsələ futbolçu ilə klub arasında müəyyən narazılığa səbəb olub.
27 yaşlı futbolçu cari mövsümdə La Liqa çərçivəsində 24 oyunda meydana çıxıb, 23 qol vurub və 4 məhsuldar ötürmə verib. (Komanda.az)

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: 27-03-2026, 16:31