mobil versiya

Futbolçuları izləmələri üçün AFFA klublara kameralar verəcək




AFFA klublara oyunçuları izləyə bilmək üçün kameralar verəcək.

Bunu AFFA-nın baş katibinin müşaviri Elçin Məmmədov “Eyeball” şirkəti ilə müqavilə imzalanma mərasimindən sonra deyib.

İzləmələr üçün kameralar alınacaq və klublara veriləcək. Belədə, bu, klublara imkan verəcək ki, öz oyunçularını izləyə bilsinlər. Bu kameralar əsasən U-15, U-16 və Yüksək Qızlar Liqasında istifadə olunacaq.

Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: 2-04-2026, 14:41