mobil versiya

Zaur Əliyev Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin olunub





İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin keçmiş sədri Zaur Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Məlumata görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, ötən ay İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri ƏƏSMN-ə həvalə edilib.

Zaur Əliyev 1981-ci ildə anadan olub

1997-2000-ci illərdə “Cambridge Regional College”də (Böyük Britaniya) orta, 2000-2003-cü illərdə “East Anglia” Universitetində (Böyük Britaniya) mühasibat və maliyyə ixtisası üzrə ali təhsil alıb. 

2003-2009-ci illərdə “Ernst & Young” şirkətinin Almatı, Bakı, London şəhərlərindəki ofislərində, 2010-2015-ci illərdə “PAŞA Holdinq” MMC-də və “PAŞA Sığorta” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru olub.

Hazırkı vəzifəsinə qədər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 

18 yanvar 2025-ci il tarixində növbəti 4 il müddətinə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib.



Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: 7-04-2026, 20:41