Qətərdə Hindistanla regional münaqişənin qlobal enerji sənayesinə təsiri müzakirə edilib

Qətər Dövlətinin Energetika məsələləri üzrə dövlət naziri Ənq Səəd bin Şerida Əl-Kaabi Dohada Hindistanın Neft və Təbii Qaz naziri Hardip Sinq Puri ilə görüşərək regional münaqişənin qlobal enerji sənayesinə təsiri və enerji təhlükəsizliyinin təmin edilməsi yollarını müzakirə edib.
Bu barədə Qətər mediası xəbər verir.
Nazir Əl-Kaabi Qətər dövlətinin etibarlı enerji təchizatçısı olaraq qalmaq öhdəliyini bir daha təsdiqləyib və Hindistanla enerji münasibətlərini və əməkdaşlığı daha da gücləndirmək istəyini ifadə edib.
Hər iki nazir 8 apreldə razılaşdırılmış iki həftəlik atəşkəsi alqışlayıb, qlobal enerji təchizatındakı fasilələrə son qoymaq və normal bazar şəraitini bərpa etmək üçün təcili ehtiyac olduğunu vurğulayıb.
Bu kontekstdə, təchizat zəncirlərini qorumaq üçün maneəsiz naviqasiya azadlığının və qlobal ticarətin fasiləsiz axınının təmin edilməsinin vacibliyini qeyd edib.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-04-2026, 15:39



























