mobil versiya

Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq



Təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu barədə məlumat yayıb.

Məhdudiyyət aprelin 13-də saat 10:00-dan aprelin 15-də saat 07:00-dək qüvvədə olacaq.
Göstərilən müddət ərzində sürücülər alternativ olaraq köhnə Salyan şossesindən istifadə edə bilərlər.

Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-04-2026, 20:00