Ozobiç Azərbaycan futbol tarixinə düşüb

Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, 1992-ci ildən keçirilən turnirin tarixində ən çox qol vuran legioner və ya çempionatda legioner kimi debüt edib sonradan Azərbaycan vətəndaşlığı alanlar arasında ən yaxşı bombardir olub.
Xorvatiya əsilli oyunçu bunu 72-ci qolunu vurmaqla gerçəkləşdirib. O, Misli Premyer Liqasının 28-ci turunun “Sumqayıt”la ev görüşündə (2:1) fərqlənib.
72-ci qolunu 225-ci matçında vuran Ozobiç Azərbaycan millisinin formasını geyinmiş gürcüstanlı Badri Kvaratsxeliyanın rekordunu geridə qoyub. “Kəpəz” və “Şəmkir”də oynamış forvard 132 matçda 71 qola imza atıb.
Filip Premyer Liqada 4 klubda çıxış edib. İndiki komandasında 26 oyunda 6 qola sevinən futbolçu bunadək “Qəbələ” (46 oyunda 16 qol), “Qarabağ” (95 oyunda 35 qol) və “Neftçi”nin (58 oyunda 15 qol) uğurları üçün çalışıb.
Premyer Liqada 2016/2017 mövsümündə debüt edən yarımmüdafiəçi “Qəbələ”də vurduğu 11 qolla həmin çempionatın bombardiri adına şərik olub. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 13-04-2026, 11:42



























