mobil versiya

Azərbaycan neftinin ən böyük idxalçıları açıqlanıb



Cari ilin yanvar-mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 5,078 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% azalıb, fiziki ifadədə isə 934 min ton və ya 15,5% azalma qeydə alınıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan ən çox neft idxal edən ölkələrin ilk üçlüyünə İtaliya (3,273 milyon ton, 1,614 milyard dollar), Çexiya (355,5 min ton, 184,3 milyon dollar) və Rumıniya (372 min ton, 178,6 milyon dollardan çox) daxil olub.
Cədvəldə 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan xam neft və neft məhsullarını idxal edən ən iri 10 ölkə göstərilib:

Ölkəİdxal həcmiİdxal dəyəri (ABŞ dolları ilə)
İtaliya3 273 515.131 614 411 760
Çexiya355 470.34184 328 190
Rumıniya372 051.77178 619 930
Almaniya270 476.00127 484 410
Portuqaliya223 549.41112 357 890
Tunis183 708.5894 503 370
Bolqarıstan130 821.2067 865 340
Xorvatiya86 166.1740 819 950
Türkiyə56 030.9125 891 250
Fransa61 000.0424 140 000
Digər65 044 78030 287 430

Qeyd edək ki, Azərbaycandan çıxarılan neft qonşu ölkələrə və dünya bazarlarına üç neft kəməri vasitəsilə nəql olunur: Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC). Hazırda Bakı-Supsa kəməri ilə neftin ixracı dayandırılıb. (Trend)

Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-04-2026, 14:30