“Kamp Nou” “Barselona”ya rekord məbləğ qazandıracaq

“Barselona”nın yenilənmiş stadionu – “Kamp Nou” klubun illik gəlirlərində ciddi artım yaradacaq.
“Cadena SER” xəbər verir ki, stadionun üçüncü mərtəbəsinin tikintisi başa çatdıqdan sonra arenanın maksimum tutumu 105 min tamaşaçıya çatacaq. Bu isə kluba ildə əlavə olaraq təxminən 80 milyon avro gəlir gətirə bilər.
Məlumatda bildirilir ki, yeni mərtəbədə VIP lojalar da yerləşdiriləcək və bu, kommersiya gəlirlərini daha da artıracaq.
Ümumilikdə, “Kamp Nou”nun yenidən qurulmasından sonra “Barselona”nın illik gəlirinin 350 milyon avro artacağı gözlənilir. Stadionun tam gücü ilə gəlir gətirməsinin isə 2028-ci ildən tez olmayacağı bildirilir. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 16:25


























