Messi “Kamp Nou”ya getdi, “burada çox xoşbəxt idim” dedi

“İnter Mayami”nin hücumçusu Lionel Messi yenidən “Barselona”nın stadionunu – “Kamp Nou”nu ziyarət edib.
Kataloniya klubunun arenasında yaxın günlərdə yenidənqurma işləri başa çatıb.
Argentinalı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək “Barselona”ya olan bağlılığını bir daha ifadə edib:
“Çox darıxdığım bir yeri ziyarət etdim. Burada çox xoşbəxt idim. Ümid edirəm ki, yenidən bura qayıda biləcəm. Və yalnız futbolçu kimi vidalaşmaq üçün yox – çünki bunu heç edə bilmədim”.
Messi 2005–2021-ci illərdə “Barselona”nın formasını geyinib və klubun tarixinə ən parlaq simalardan biri kimi düşüb. O, 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir.
38 yaşlı hücumçunun ABŞ klubuyla müqaviləsinin müddəti 2028-ci ilin dekabrında başa çatacaq.(komanda.az)
KARUSEL / İDMAN
Tarix: Dünən, 16:29



























