“Sumqayıt” 10000 manat cərimələnib

AFFA-nın rəsmi saytı xəbər verir ki, buna “kimyaçılar”ın “Kəpəz”ə qarşı keçirdikləri Premyer Liqanın 30-cu turunda yaşananlar səbəb olub.
“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, klub isə 5000 manat cərimə edilib.
“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt”ın prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyunluq cəzalanıb, klub isə 5000 manat cərimə edilib.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 6-05-2026, 17:45



























