mobil versiya

Avropa Liqası: Finalçılar bu gün məlum olacaq




Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.

Yarımfinal mərhələsinin cavab oyunları saat 23:00-da start götürəcək.

“Frayburq” Almaniyada Portuqaliya “Braqa”sını sınağa çəkəcək. Portuqaliya təmsilçisi ilk görüşdə qələbə qazanıb – 2:1.
Digər matçda isə İngiltərə klubları münasibətlərinə aydınlıq gətirəcək. İlk matçda “Nottingem Forest”ə 0:1 hesabı ilə uduzan “Aston Villa” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Final oyunu mayın 20-də İstanbulda keçiriləcək.


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:20