mobil versiya

“Qızıl top”u qazanmaq üçün lazım olan hər şeyə sahib idim”




İtaliyalı sabiq qapıçı Canluici Buffon 40 yaşından sonra meydana çıxanda necə hiss etdiyi haqda danışıb.

Xarici KİV xəbər verir ki, o, 42 və ya 43 yaşında belə, dünya futbolunun ən nüfuzlu fərdi mükafatı olan “qızıl top”u qazana biləcəyinə əmin olduğunu söyləyib:

“42 və ya 43 yaşında “qızıl top”u qazanmaq üçün lazım olan hər şeyə sahib idim. Çempionlar Liqasının finalında “Yuventus”la uduzmaq (2017-ci ildə “Real”a məğlubiyyəti nəzərdə tutur – red.) məyusedici idi, amma oynamağa davam etmək istəyirdim. Özümə yeni hədəflər qoymağa davam edirdim, məsələn, altıncı dünya çempionatı, Çempionlar Liqasını qazanmaq, “Parma” ilə A Seriyasına qayıtmaq. Bu, məni motivasiya edirdi”.

Buffon 2023-cü ildə, 45 yaşında karyerasını bitirib. (Komanda.az)


Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: 8-05-2026, 11:40