mobil versiya

ANAMA: 2 min 129 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib



Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mayın 1-11-də icra edilən əməliyyatlara dair məlumatı açıqlayıb.

ANAMA-dan bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən piyada əleyhinə 71, tank əleyhinə 20 mina və 440 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.
Qeyd olunan müddətdə 2 min 129 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.

Reportyor.az 



KARUSEL / ÖLKƏ
Tarix: 12-05-2026, 12:37