mobil versiya

Dohada Çinin Əfqanıstan üzrə xüsusi elçisi ilə görüş olub






Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin dövlət naziri Dr. Məhəmməd bin Əbdüləziz bin Saleh Əl-Xulayfi hazırda ölkədə səfərdə olan Çinin Əfqanıstan üzrə xüsusi elçisi Zati-aliləri Yue Syaoyonq ilə görüşüb.

Yerli media xəbər verir ki, görüş zamanı Əfqanıstandakı son hadisələr, eləcə də Əfqanıstanda təhlükəsizlik və sabitliyə nail olmaq üçün birgə beynəlxalq səylərin gücləndirilməsi yolları müzakirə edilib.



Dr. Əl-Xulayfi görüş zamanı Qətər Dövlətinin münaqişələrin sülh yolu ilə həllinə və həm regional, həm də beynəlxalq səviyyədə sülh və sabitliyin təməllərinin möhkəmləndirilməsinə yönəlmiş bütün səylərə tam dəstəyini bir daha təsdiqləyib.

Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:04