mobil versiya

Konte “Napoli”dən ayrılır




“Napoli”nin baş məşqçisi Antonio Konte klubu tərk etməyə hazırlaşır.

Yaxın vaxtlarda tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcək. Bildirilir ki, italiyalı mütəxəssis heç bir təzminat almadan klubdan ayrılacaq.
Kontein gedişi ilə bağlı rəsmi açıqlamanın məhz bu həftəsonu veriləcəyi gözlənilir.

O, 2024-cü ildən etibarən “Napoli”yə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında İtaliya çempionu olub və ölkə superkubokunu qazanıb.
Neapol təmsilçisi hazırda A Seriyasında 37 oyundan sonra topladığı 73 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda son turda “Udineze”ni qəbul edəcək. Qarşılaşma mayın 24-də keçiriləcək. (Komanda.az)

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: 22-05-2026, 12:29