mobil versiya

AFFA-dan 3 kluba texniki məğlubiyyət





AFFA U-16 Qızlar Liqasında və Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının (AHFF) təşkil etdiyi ölkə çempionatında baş tutan oyunlarda qeydə alınan qayda pozuntularına görə 3 kluba texniki məğlubiyyət verilib.


Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Qərara əsasən, AFFA U-16 Qızlar Liqasında mayın 28-də keçirilməsi nəzərdə tutulan “Şəfa” – “Turan Tovuz” oyunu meydan sahibləri tərəfindən həkim briqadası və mühafizə ilə təmin edilmədiyi üçün baş tutmayıb və “Şəfa”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
AHFF-nin təşkil etdiyi ölkə çempionatında mayın 30-da keçirilən “Real” – “Qaradağ Şıxlar” matçında “Real”ın heyətində iştirak hüququ olmayan oyunçu çıxış etdiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
Eyni turnir çərçivəsində mayın 31-də baş tutan “Aran Beyləqan” – “Füzuli” görüşündə isə “Füzuli”nin heyətində iştirak hüququ olmayan futbolçu oynadığı üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. (Komanda.az)


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:16