mobil versiya

Azərbaycan millisi bu gün San Marino ilə üz-üzə gələcək




Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoxlama oyununa çıxacaq.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda San Marino yığması ilə qarşılaşacaq.

Oyun Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda, saat 22:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Marton Ruş olacaq.
Azərbaycan millisi ilk yoxlama oyununda Maltaya iki cavabsız qolla uduzub.

Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: 9-06-2026, 11:18