Azərbaycanda kənd təsərrüfatında 33 süni intellekt layihəsi tətbiq olunacaq

Ölkəmizin kənd təsərrüfatı sektorunda 33 süni intellekt layihəsinin tətbiqi nəzərdə tutulur.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban məlumat verib.
Onun sözlərinə görə, bu layihələr bitkiçilik, torpaq və su resurslarının idarə olunması, məhsuldarlığın proqnozlaşdırılması, torpaq xəritəsi, bitki sağlamlığının monitorinqi, əkin yoxlamaları, fermer reytinqi, iqlim risklərinin qiymətləndirilməsi, bitki sort xəritəsi, otlaq və suvarma sistemlərinin idarə edilməsi, dərmanlama vaxtının optimallaşdırılması, bitki növlərinin müəyyən edilməsi kimi əsas istiqamətləri əhatə edir.
“Layihələrin mərhələli şəkildə ölkənin bütün regionlarında tətbiqi planlaşdırılır və onların Azərbaycanın bütün rayonlarını əhatə etməsi nəzərdə tutulur”, -deyə o vurğulayıb.(Azərtac)
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:49


























