Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirəcək.
Aktiv məşğulluq tədbiri iyulun 3-ü saat 10:00-da Xankəndi şəhəri, 28 May küçəsi, 7 ünvanında yerləşən Xankəndi Konqres Mərkəzində təşkil olunacaq.
Tədbirdə işaxtaran şəxslərə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə dövlət və özəl sektoru təmsil edən 20 müəssisə tərəfindən mühəndis-mexanik, çilingər-santexnik, SƏTƏM mütəxəssisi, avtoçilingər, elektrik qaz qaynaqçısı, xəzinədar-əməliyyatçı, sürücü, çörəkçi, aşpaz, dərzi, anbardar, mebel dizayneri, satıcı, əczaçı, qazanxana operatoru, tikişçi və digər peşələr üzrə 120-dən çox vakansiya təqdim ediləcək.
Yarmarkaya gələnlərə agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumat veriləcək.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Reportyor.az
KARUSEL / SOSİAL
Tarix: Bu gün, 14:02


























