Bu 7 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakının Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bu gün yaydığı məlumata görə, paytaxtın Hüseyn Cavid prospekti və Ayna Sultanova küçəsinin müəyyən hissələrində asfalt örtüyünün yenilənməsi məqsədilə frezlənmə və asfaltlanma işləri aparılacaq.
Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) işlər 30 iyun saat 10:00-dan 3 iyul saat 07:00-dək davam edəcək. Bu müddətdə yolun frezlənməsi və yeni asfalt örtüyünün döşənməsi nəzərdə tutulur.
Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) isə asfalt örtüyünün yenilənməsi 1 iyul saat 08:00-dan 6 iyul saat 08:00-dək aparılacaq.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:31


























