Qlobal çağırışlar fonunda Azərbaycan diplomatiyasının uğurları

Çinin tanınmış diplomatlarından Çıjou Enlay deyirdi ki, “bütün diplomatiya müharibənin başqa vasitələrə davamıdır”. Azərbaycan diplomatiyası da dövlət başçısının rəhbərliyi altında II Qarabağ Müharibəsində ölkəmizin tarixi zəfərindən sonra diplomatik mübarizədə əhəmiyyətli qələbələrə imza atıb.
Müasir beynəlxalq proseslər yüksək dinamika, sərt rəqabət, qarşıdurma, siyasi, iqtisadi və hüquqi amillərin çoxsəviyyəli qarşılıqlı əlaqəsi ilə xarakterizə olunur. Bu sərt rəqabət, qarşıdurma, yeni dünya nizamının formalaşması mərhələsində hər bir ölkənin beynəlxalq nüfuzu, diplomatik uğurları, beynəlxlaq arenada yeri, rolu milli maraqların qorunması, davamlı inkişaf, təhlükəsizliyinin təmin edilməsində ən mühüm amilə çevirilir.
Çağdaş dövrümüzün ən məşhur diplomatlarından Henri Kissincer “Diplomatiya” əsərində qeyd edir ki, tarix dərsləri qərarların qəbulu zamanı avtomatik olaraq tətbiq olunan bir bələdçi deyil. Tarix müqayisə etməyə, oxşar təsirlərlə öyrənməyə imkan verir. Hər nəsil isə özü üçün hansı şərtlərin müqayisə edilə biləcəyini müəyyənləşdirməlidir. Dövlət xadiminin isə təxmin etməyə yalnız bir cəhdi olur, əgər düz qərar verilmirsə, sonradan səhvləri düzəltmək mümükün olunur: “Tarix onu lazımi dəyişiklikləri nə qədər ağıllı şəkildə həyata keçirə bildiyinə və ən əsası sülhü nə dərəcədə qoruya bildiyinə görə mühakimə edəcəkdir”. Kissincerin bu fikirləri dövlət başçılarının, siyasi liderlərin, diplomatiyanın necə böyük məsuliyyət daşıdığını, zamanında düzgün qərara verilməsinin necə strateji vacib olduğunu bir daha diqqətə çatıdırır. Əldə olunmuş uğurlar, diplotaik qələbələr deməyə əsas verir ki, Azərbaycan tarixin bu çətin sınağından uğurla keçdi. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün çağdaş qlobal proseslərdə, beynəlxalq gündəliyin formalaşmasında iştirak edir, sabitlik və təhlükəsizlik ixrac edir, güclü diplomatik mövqelərə malikdir, sülh təşəbbüsləri ilə Cənubi Qafqaz regionunun transformasiyasını həyata keçirir.
Bu strateji kurs Azərbaycanın gələcək onilliklər üçün iqtisadi dayanıqlığını, müstəqil xarici siyasətini və beynəlxalq nüfuzunu sığortalayır. Bu starteji kurs həmçinin, səriştəli, peşəkar diplomatiya ilə həyata keçirilir. Azərbaycanın beynəlalq nüfuzunun ən real göstəriciləri beynəlxalq təşkilatlarda, platformalarda təmsilçilik, diplomtik uğurlardır. Azərbaycan artıq 200-ə yaxın dövlətlə diplomatik münasibətlər qurub, dünyanın müxtəlif ölkələrində 90-dan çox diplomatik nümayəndəlik vasitəsilə təmsil olunur, 50-dən artıq beynəlxalq və regional təşkilatın tamhüquqlu üzvüdür.
Ölkənin üzv olduğu mühüm təşkilatlara BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, MDB, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, D8 İqtisadi Əməkdaşlıq Təşkilatı və digərləri daxildir.
2025-ci ildə Azərbaycan beynəlxalq təşkilatların seçkili orqanlarına irəli sürdüyü 14 namizədliyin hamısı üzrə qələbə qazanaraq 100 faizlik nəticəyə nail olub. Ölkə nümayəndələri BMT sisteminin müxtəlif qurumlarında, UNESCO, Ümumdünya Turizm Təşkilatı, ICESCO və digər beynəlxalq təşkilatların qərarverici strukturlarında təmsilçilik hüququ əldə ediblər. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərməsi, Qoşulmama Hərəkatına sədrliyi (2019-2023) və COP29-a, WUF13-ə ev sahibliyi beynəlxalq arenada Azərbaycan diplomatiyasının ən parlaq uğurlarındandır. BMT-nin müqavilə qurumlarında təmsilçilik baxımından ölkəmiz bütün BMT üzvləri arasında Çin ilə ikinci və üçüncü yerləri bölüşür.

Elə Çinin tanınmış diplomatlarından Çıjou Enlay deyirdi ki, “bütün diplomatiya müharibənin başqa vasitələrə davamıdır”. Azərbaycan diplomatiyası da dövlət başçısının rəhbərliyi altında II Qarabağ Müharibəsində ölkəmizin tarixi zəfərindən sonra diplomatik müstəvidə əhəmiyyətli qələbələrə imza atıb. Bundan əvvəlki dövrdə Prezident İlham Əliyevin irəli sürdüyü “hücum diplomatiyası” doktrinası ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirdi, tarixi zəfərdən sonra xarici siyasət, diplomatiyamız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası, sülh gündəliyinin inkişaf etdirilməsi, regionumuzun yeni reallıqlarının tanınması istiqamətində yüksək məharət nümayiş etdirdi. Artıq Azərbaycanın sülh diplomatiyası çağdaş dövrümüzün ən uğurlu nümunələrindən biri kimi öyrənilir.
Azərbaycan diplomatiyası bu gün praqmatik, qlobal miqyasda, regionda baş verən geosiyasi proseslərin, beynəlxalq münasibətlərin transformasiyasının, əsas trendlərin dərin təhlilinə əsaslanan peşəkarlıqla güclü reputasiya qazanıb. Azərbaycan diplomatiyasının reputasiyası, peşəkarlığı Azərbaycanın xarici siyasətinin əsas vəzifələrini, balanslaşdırılmış və çoxtərəfli tərəfdaşlığa söykənın xarici siyasət kursunun davam etdirilməsi, həm Qərb, həm də Şərq qütbləri ilə münasibətlərini paralel, səmərəli şəkildə inkişaf etdirilməsi, TDT coğrafiyasında inteqrasiyanın sürətləndirilməsini, Cənubi Qafqazın sülh gündəliyi ilə transformasiyası kimi strateji məqəsədlərə nail olunmasında əhəmiyyətli töhfə verir.
Diplomatik təmsilçilik sahəsində qazanılan hər bir uğur, beynəlxalq platformalarda səmərəli təmsilçilik Azərbaycanın beynəlxalq qərarların qəbuluna təsirini, milli maraqlarını qlobal müstəvidə qorunması imkanını genişləndirir. Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliklərin peşəkar kadr potensialı, on illər ərzində dövlət başçısının rəhbərliyi ilə yaradılmış qarşılıqlı hörmət və etimad mühiti, ölkənin beynəlxalq öhdəliklərinə sadiq qalması diplomatik uğurlarımızı şərtləndirir.
Zaur İbrahimli
Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 09:13


























