mobil versiya

Təkrar sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərlə bağlı komissiyalar fəaliyyətinə start verilib



Bakının ümumi təhsil müəssisələrində çalışan və 2026-cı ildə keçirilən təkrar sertifikatlaşdırma prosesində uğur qazana bilməyən təhsilverənlərlə işin təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) komissiyalar yaradılıb.

BŞTİ-dən bildirilib ki, komissiyalar iyulun 6-dan 31-dək fəaliyyət göstərəcək.

Komissiyaya müraciət etmək istəyən şəxslər həftənin I-IV günləri saat 09:30-dan 13:00-dək şəxsiyyət vəsiqəsi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yaxınlaşa bilərlər.
Qeyd edək ki, komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müəyyən olunmuş keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial vəziyyətinin mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunması imkanlarının araşdırılmasıdır.

Reportyor.az 




KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:43