mobil versiya

Pakistan Prezidenti 21 il sonra Qırğızıstana ilk 4 günlük rəsmi səfərə yola düşəcək






Pakistan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, Prezident Asif Əli Zərdari bazar ertəsi günü dörd günlük rəsmi səfər üçün Qırğızıstana gedəcək.

XİN-in məlumatına görə, Prezident Zərdari yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə səfəri Qırğızıstan Respublikasının Prezidenti Sadir Japarovun dəvəti ilə həyata keçirəcək.

XİN vurğulayıb ki, "Bu, Pakistan Prezidentinin 21 il ərzində Qırğızıstan Respublikasına ilk səfəridir və ikitərəfli münasibətlərdə tarixi bir mərhələdir".


Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Dünən, 12:01