mobil versiya

Altı ayda narkotiklərlə bağlı 4434 cinayət faktı aşkarlanıb




Bu ilin 6 ayında hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4434 cinayət faktı aşkarlanıb.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında deyilir.

Onlardan 1091-i narkotik vasitələrin qanunsuz satışı, 3266-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 75-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.(apa)

Reportyor.az 




KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 15:33