mobil versiya

Uelslilərin qərarı: Seçkidə İnfantinonu dəstəkləməyəcək


Uels Futbol Assosiasiyası 2027-ci ildə keçiriləcək FİFA prezident seçkilərində Canni İnfantinonun namizədliyini dəstəkləməyəcəyini açıqlayıb.

Xarici KİV xəbər verir ki, qurum qərarın səbəbi kimi FİFA prezidentinə etimadın itirilməsini göstərib:
“İdarəetmə, qərar qəbul etmə, liderlik, ünsiyyət və futbol ictimaiyyəti ilə əlaqələrdəki son problemlər bizi İnfantinonun artıq Uels Futbol Assosiasiyasının etimadını qazanmadığı qənaətinə gətirib çıxardı. Futbolun maraqlarını birinci yerə qoymamaq qəbuledilməzdir”.
Daha əvvəl UEFA-nın üzv milli assosiasiyalara Canni İnfantinoya dəstək məktublarını geri götürmələri ilə bağlı çağırış etdiyi barədə məlumat yayılıb. (Komanda.az)

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:26