mobil versiya

“Mareskanın baş məşqçi seçilməsi təsadüfi deyil” – “Mançester Siti”nin futbolçusu



“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol komandanın yeni baş məşqçisi Enzo Mareska haqqında danışıb.

BBC Sport” xəbər verir ki, xorvatiyalı futbolçu, Mareskanın baş məşqçi postuna təsadüfən gətirilmədiyini düşünür:
“Burada səviyyə çox yüksəkdir və Mareskanın baş məşqçi seçilməsi təsadüfi deyil. Düşünürəm ki, onun lazımi keyfiyyətləri və yeni ideyaları var. Həmçinin, hansı üslubda oynayacağımızı, hansı futbolu nümayiş etdirəcəyimizi və hansı taktikalardan istifadə edəcəyimizi də anlamalıyıq.
Məncə, o, bu vəzifə üçün ideal seçimdir. Amma əlbəttə ki, vaxt lazım olacaq. Baş məşqçinin dəyişməsi bizim üçün tamamilə yeni vəziyyətdir və uyğunlaşma müəyyən zaman aparacaq. Bizim vəzifəmiz ona maksimum dəstək olmaq, dediklərini dinləmək və mümkün qədər tez uyğunlaşmaqdır.
Onunla artıq görüşmüşəm. Zədəm barədə, həmçinin, komandanın əvvəlki oyunu və Pep Qvardiolanın rəhbərliyi altında mənim çıxışım haqqında qısa söhbətimiz oldu”.
İtaliyalı mütəxəssis bu yay “Mançester Siti”nin baş məşqçi postunda Pep Qvardiolanı əvəz edib. Qvardiola 2016-cı ildən etibarən “şəhərlilər”i çalışdırırdı. (Komanda.az)


Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:18