mobil versiya

Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlib




Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

Milli komanda 17-20-ci yerlər uğrunda görüşdə Şimali Makedoniya yığması ilə qarşılaşıb. Oyun Azərbaycan komandasının qələbəsi ilə başa çatıb – 75:73.
Yığma növbəti matçını sabah Estoniya komandasına qarşı keçirəcək.
Daha əvvəl milli qrup mərhələsində Rumıniyaya (55:81), Portuqaliyaya (52:90), Niderlanda (72:79) və İslandiyaya (74:77) məğlub olub.


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:42