mobil versiya

Qurban Qurbanov: “Dinamo” ilə oyuna pis hazırlaşmamışıq”






“Qarabağ” sabah UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Bakıda keçiriləcək oyundan əvvəl Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib. O, cavab oyununda yaxşı nəticə qazanmağa çalışacaqlarını deyib:
“Sabah”ı təbrik edirəm, yaxşı oyun göstərib qalib gəldilər. Çox böyük uğurdur.
Bizə gəldikdə isə, pis hazırlaşmamışıq. Yaxşı nəticə əldə etməyə çalışacağıq. İnanıram ki futbolçular əllərindən gələni ən yaxşısını edəcəklər.
Üç oyun qol vurmamaq komandada problem yaradır. Lakin nə qədər keyfiyyətli oynasaq, oyunçular o qədər inamlı olurlar. Qol vurmaq üçün daha artığını etməliyik. Hər şey yavaş-yavaş yoluna düşəcək. Aleksey Kaşukun ən üstün cəhəti qol vurmaq bacarığıdır. Ümumi götürsək, komandamızda o mövqedə oynaya biləcək ən hazırlıqlı oyunçumuz odur. Amma hər bir halda, yeni rotasiyalar da edəcəyik. Sabahkı oyun da bizim üçün çox önəmli olacaq. Vəziyyətə baxacağıq. Komandamızda problem varsa, mən hər birini qəbul edirəm. Bu o demək deyil ki, biz bunun üzərində çalışmırıq. Ən yaxşı olduğumuz vaxtlarda da çox problemlərimiz olub”.
“Qarabağ” – “Dinamo” matçı avqustun 13-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə Ukrayna təmsilçisi 1:0 hesablı qələbə qazanıb. (Komanda.az)


Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:42