PSJ “Ayaks”ın futbolçusunu 55 milyon avroya alır
“Ayaks”ın vingeri Mika Qodts karyerasını PSJ-də davam etdirə bilər.
21 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlar son mərhələyə çatıb. PSJ onun keçidi üçün “Ayaks”a 55 milyon avro ödəyəcək.
Belçikalı oyunçu Paris klubu ilə müddəti 2031-ci ilə qədər olan müqavilə imzalayacaq. Hazırda tərəflər razılaşmanın son detallarını müzakirə edir və transferin yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.
Qodts yeni mövsümdə bütün turnirlərdə 4 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. O, ötən mövsüm isə 44 matçda 17 qola və 15 məhsuldar ötürməyə imza atıb. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 16:30



























