mobil versiya

Altı ayda 1420 əkiz, 57 üçəm körpə doğulub



Bu ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40798 doğulan körpə qeydə alınıb.

Bu, Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,0-dan 8,0-a düşüb.

Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız uşaqları olub.
Doğulan körpələrdən 1420-si əkiz, 57-si isə üçəm olub.


Reportyor.az 
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 16:13