Dünyanın ən yaxşı 10 yarımmüdafiəçisi

Məşhur ESPN nəşri hazırda dünyanın ən yaxşı mərkəz və dayaq yarımmüdafiəçilərinin reytinq siyahısını açıqlayıb.
Xarici KİV xəbər verir ki, siyahıya PSJ və Portuqaliya millisinin futbolçusu Vitinya başçılıq edir. İkinci pillədə İngiltərə millisinin və “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays qərarlaşıb.
“Barselona”nın yeni transferi Rodri isə üçüncü pillədə yer alıb. İspaniyalı futbolçu 2026-cı il dünya çempionatında millisi ilə qızıl medal qazanıb.
İlk beşlikdə PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi Joao Neveş və “Barselona”nın ispaniyalı futbolçusu Pedri də yer alıb.
ESPN-in hazırladığı siyahının ilk 10-luğu belədir:
1. Vitinya – PSJ, Portuqaliya
2. Deklan Rays – “Arsenal”, İngiltərə
3. Rodri – “Barselona”, İspaniya
4. Joao Neveş – PSJ, Portuqaliya
5. Pedri – “Barselona”, İspaniya
6. Federiko Valverde – “Real”, Uruqvay
7. Coşua Kimmix – “Bayern”, Almaniya
8. Enzo Fernandes – “Çelsi”, Argentina
9. Moyses Kaysedo – “Çelsi”, Ekvador
10. Fabian Ruis – PSJ, İspaniya
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:24


























