mobil versiya

Roberto Karlos İslamı qəbul edib






Braziliya İslam Alimləri Birliyinin vitse-prezidenti və Birliyin Dini Məsləhətçisi Cihad Hamada, keçmiş Braziliyalı ulduz Roberto Karlosun San Paulo şəhərində İslamı qəbul etdiyini açıqlayıb.

"Roberto Karlos bir neçə gün əvvəl İslamı qəbul etdi və Şəhadə kəlməsini dedi", - deyə Hamada, keçmiş Braziliya milli komandasının və Real Madrid ulduzu ilə son dövrdə davamlı əlaqə saxladığını izah etdi.

Hamada Roberto Karlosu İslamı qəbul etməsi münasibətilə təbrik etdi və ona sülh dolu bir həyat arzuladı.

53 yaşlı Roberto Karlos Braziliya milli komandası ilə 2002-ci il Dünya Kubokunu qazandı və 11 mövsüm İspaniyanın Real Madrid komandasında oynadı.


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:06