BƏƏ İranla bütün ticarət, kommersiya mübadiləsi və maliyyə əməliyyatları dayandırıb

Xarici İşlər Nazirliyinin (XİN) Strateji Kommunikasiyalar Departamentinin direktoru Afra Əl-Həməli Birləşmiş Ərəb Əmirlikləri ilə İran İslam Respublikası arasındakı iqtisadi münasibətlərin vəziyyəti ilə bağlı bütün iddiaları rədd edib.
Bu barədə BƏƏ-nin XİN bəyanat yayıb.
Əl-Həməli regionda sülhün, sabitliyin və rifahın təşviq edilməsinin əsas vasitələri kimi dialoqa, əməkdaşlığa və regional inteqrasiyaya BƏƏ-nin sarsılmaz sadiqliyini bir daha vurğulayıb.
Əl-Həməli vurğulayıb ki, regional və beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirən regional gərginliklərin fonunda İranla bütün ticarət, kommersiya mübadiləsi və maliyyə əməliyyatları növbəti xəbərdarlığa qədər dayandırılıb.
Əl-Həməli vurğulayıb ki, BƏƏ beynəlxalq hüquqa və ən yüksək qlobal standartlara uyğun olaraq beynəlxalq maliyyə sisteminin bütövlüyünün qorunmasına sarsılmaz sadiqliyini davam etdirir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:15


























