ABŞ-da siklosporiaz hallarının sayı 15.700-ü keçib

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) 1 maydan bəri ABŞ-da 15.700-dən çox təsdiqlənmiş siklosporiaz halı qeydə alıb.
Bu barədə TASS CDC-nin məlumatlarına istinadən məlumat yayıb.
CDC-nin saytında dərc olunmuş açıqlamada deyilir: "1 may 2026-cı ildən bəri CDC ABŞ-da laboratoriyada təsdiqlənmiş 15.716 siklosporiaz halı barədə məlumat alıb".
Daha 11.841 hal əlavə araşdırma tələb edir. Xəstəliyin yayılması 47 ştatda qeydə alınıb. May ayından bəri 828 nəfər xəstəxanaya yerləşdirilib və iki hal ölümcül olub.
Siklosporiaz ishal, ürəkbulanma və digər mədə-bağırsaq simptomlarına səbəb olan parazitar bağırsaq infeksiyasıdır. Yoluxma çirklənmiş qida və ya suyun istehlakı ilə baş verir. İnkubasiya dövrü 2 gündən 14 günə qədərdir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:52


























