Ölkə üzrə avqust ayının pensiya ödənişi başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb.
Bu barədə DSMF xəbər verir.
Qeyd olunub ki, avqustun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Reportyor.az
KARUSEL / SOSİAL
Tarix: 14-08-2026, 13:16



























