mobil versiya

“Qarabağ” “Tvente”yə qarşı



Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində cavab oyununu keçirəcək.

Ağdam klubu Bakıda Niderlandın “Tvente” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Bu cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, komandalar arasında Niderlandda keçirilmiş ilk görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:15