mobil versiya

Bakı metrosu "Qarabağ"-ın oyunu ilə bağlı gücləndirilmiş iş rejimində çalışacaq




“Bakı Metropoliteni” QSC-də bu axşam “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasında "Tvente"yə (Niderland) qarşı keçirəcəyi pley-off oyunu ilə əlaqədar iş qrafiki dəyişdiriləcək.

QSC-dən  bildirilib ki, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş rejim tətbiq olunacaq. Xüsusi nəzarət mexanizmləri ilə stansiyaya növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
Saat 20:00-da başlanacaq qarşılaşmaya azarkeş marağı nəzərə alınmaqla, sərnişinlərin təhlükəsiz və rahat daşınması təmin ediləcək. “28 May” və “Nərimanov” stansiyalarında da nəzarət tədbirləri gücləndiriləcək. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Gün ərzində isə qatarların hərəkəti mövcud yay qrafiki üzrə tənzimlənəcək.

Reportyor.az 




KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:23