“Trabzonspor” Fatih Təkkənin istefasını qəbul etməyib

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssis Macarıstanda “Ferentsvaroş”a 4 cavabsız qolla uduzduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra vəzifəsindən ayrıldığını açıqlamışdı.
Klubun İdarə Heyəti isə onun bu qərarını qəbul etməyib. Təkkənin Super Liqanın növbəti turunda, “Amedspor”la matçda işinin başında olacağı açıqlanıb.
“Trabzonspor” UEFA Konfrans Liqasının əsas mərhələsində mübarizə aparacaq.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:44


























