Səfirlik: “Malayziya Madani: Hamı rifah yaşasın”

Malayziya Krallığının Azərbaycandakı səfirliyi 69-cu Milli Günlə bağlı sosial media hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"69-cu Milli Günün mübarək, Malayziya!
Bu ilki bayram “Malaysia Madani: Kesejahteraan Dinikmati” (“Malayziya Madani: Hamı rifah yaşasın”) şüarı altında qeyd olunur. Bu şüar rifahın bütün malayziyalılar üçün əlçatan olduğu, tərəqqi, inklüzivlik və həmrəyliyə əsaslanan cəmiyyəti simvolizə edir.
Qoy bizi səciyyələndirən birlik, harmoniya və dözümlülük ruhu bundan sonra da Malayziyanı firavan və daha parlaq gələcəyə doğru aparsın.
Malayziyanın Azərbaycandakı Səfirliyindən: Selamat Hari Merdeka! — Müstəqillik Günümüz mübarək!"
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:13

























