Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyini Pakistana təhvil verib

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyini başa vuraraq Pakistana təhvil verdi. Bu, Bişkekdə ŞƏT Dövlət Başçıları Şurasının iclasından sonra elan olundu.
2025-2026-cı illərdə Qırğızıstanın sədrliyi "ŞƏT-in 25 ili: Davamlı Sülh, İnkişaf və Rifah naminə Birlikdə" devizi altında keçirildi. Onun əsas nəticəsi yubiley sammiti oldu və burada təşkilatın 25 illiyi ilə bağlı Bişkek Bəyannaməsi və digər 27 sənəd imzalandı.
Qəbul edilən qərarlar regional təhlükəsizlik, narkotiklərlə mübarizə, süni intellekt, informasiya təhlükəsizliyi, enerji, nəqliyyat və logistika, iqlim və biomüxtəlifliyin qorunması məsələlərini əhatə edir.
Növbəti sədrliyə Pakistan rəhbərlik edəcək. İslamabad təşkilatın işini əlaqələndirəcək və Dövlət Başçıları Şurasının növbəti iclasını hazırlayacaq.
Bundan əlavə, Pakistanın Lahor şəhəri 2026-2027-ci illər üçün ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:54


























