Ermənistan və Pakistan XİN rəhbərləri ikitərəfli gündəmi müzakirə edib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Bişkekdə ŞƏT sammiti çərçivəsində Pakistanlı həmkarı və Baş nazirin müavini Məhəmməd İshaq Dar ilə fikir mübadiləsi aparıb.
Armenpress bu barədə məlumat verib.
Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib ki, tərəflər ikitərəfli gündəmin genişləndirilməsini müzakirə ediblər və regional inkişaflara toxunublar. Xarici işlər naziri Mirzoyan Bişkekə səfər edən Baş nazir Nikol Paşinyanın nümayəndə heyətinin tərkibindədir. Ermənistanın Baş naziri ŞƏT sammiti çərçivəsində keçirilən ŞƏT Plus görüşündə iştirak edir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:17


























