mobil versiya

Antisanitar vəziyyətdə fəaliyyət göstərən pendir istehsalçısı ilə bağlı tədbir görülüb



Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Əhməd Kərəm oğluna məxsus pendir istehsalı müəssisəsində yoxlama keçirib.


Baxış zamanı istehsal müəssisəsinin icazəsi olmadan qanunsuz fəaliyyət göstərdiyi, etiketləmə, sanitar-gigiyenik tələblər və təmizliklə bağlı bir sıra nöqsanlar aşkarlanıb.


Faktla bağlı inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahikara icrası məcburi göstərişlər verilib.

Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 18:00