mobil versiya

Ağstafada baş verən bıçaqlanma hadisəsinin təfərrüatları bəlli olub



Ağstafada 25 yaşlı gənc oğlanın bıçaq xəsarəti almasının təfərrüatları məlum olub.

H.Sadıqov özü-özünə bıçaqla xəsarət yetirib. Onun özünə hansı səbəbdən xəsarət yetirməsi məlum deyil. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
08:55
Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 2001-ci il təvəllüdlü H.Sadıqov bıçaqlanma diaqnozu ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.(Azərtac)

Reportyor.az 




KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 09:41