Nazirlər Kabinetindən maaş və pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA - Oktyabrın 21 -nə qədər...
Nazirlər Kabineti maaş, pensiya və müavinətlərin artırılması ilə bağlı təklifləri oktyabrın 21-dək təqdim edəcək.
REPORTYOR.AZ bildirir ki, bunu açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına ilə əlaqədar Nazirlər Kabineti təkliflərini bu həftə hazırlayacaq və oktyabrın 21-dək təqdim edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
(trend)
MANŞET / SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 18-10-2021, 12:30