mobil versiya

Azərbaycanda axşam saatlarında DƏHŞƏTLİ HADİSƏ: Ər binanın həyətində arvadının boğazını kəsdi




Abşeron rayonunun Xırdalan şəhərində qətl törədilib.

REPORTYOR.AZ xəbər verir ki, sakinlər modern.az-a bildiriblər ki, hadisə axşam saatlarında Gənclər Şəhərciyində qeydə alınıb.

İlkin məlumata əsasən, kişi binanın həyətində həyat yoldaşının boğazını kəsib. Qadının aldığı xəsarətlərdən öldüyü deyilir. Cinayətin uşaqların gözü qarşısında baş verdiyi bildirilir.

Hadisənin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.
MANŞET / SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 31-05-2022, 09:00