mobil versiya

BAKIDA SİLAHLI İNSİDENT - Güllələnənlər var



Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb.

Məlumat "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqlənib.
Bildirilib ki, paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.
Hadisə yerinə əməliyyat qrupu cəlb edilib. Hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.
Hadisə “Vurğun Residence”nin qarşısında baş verib.
"Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək", - DİN-dən bildirilib.
Hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Xəsarət alanlardan biri tələbədir.
Bu arada xəsarət alanların adları açıqlanıb. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

MANŞET / KARUSEL / HADİSƏ
Tarix: 10-03-2023, 15:13