mobil versiya

Ermənistan iki əsirimizi geri qaytardı



Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində Azərbaycan və Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi həyat keçirilib.
Azərbaycan tərəfinə təhvil verilən hərbçilər Hüseyn Axundovla Aqşin Bəbirovdur.
Əsirlər Qazax rayonunun Ermənistan Respublikası ilə sərhəd ərazisində geri qaytarılıb.
Xatırladaq ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edib.
Ermənistan Respublikası öz növbəsində 2 azərbaycanlı hərbçini azad edib.
Qeyd edək ki, hərbçilərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşmüşdü. Sonradan məlum olmuşdu ki, onlar əsir düşüblər.








MANŞET / KARUSEL / GÜNDƏM
Tarix: 13-12-2023, 16:03