mobil versiya

İlham Əliyev: Hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır




Hazırda hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Ermənistanın 30 illik işğalı altında olmuş və tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır.

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.
“Beynəlxalq müşahidəçilər və qonaqlar, məsələn, Ağdam şəhərini Hiroşima ilə müqayisə edərək onu “Qafqazın Hiroşiması” adlandırırdılar. Çünki bu şəhər faktiki olaraq mövcud deyildi.
Şəhərlər tamamilə yerlə-yeksan edilmişdi və Hiroşimadan fərqli olaraq, bu, atom bombasının nəticəsində bir gündə baş verməmişdi. Bu dağıntılar 30 illik işğal dövründə həyata keçirilmişdi. Tarixi binalar, ictimai obyektlər və yaşayış evləri sökülərək tamamilə məhv edilmişdi. Hazırda isə “Böyük Qayıdış” proqramı icra olunur və şəhər və kəndlərin baş planları hazırlanır. Əlbəttə, çoxlu rəqəmlər sadalamaq istəmirəm, amma yalnız iki göstəricini qeyd edəcəyəm. Son beş ildə inşa etdiyimiz tunellərin ümumi uzunluğu artıq 70 kilometrə çatıb. Daha beş tunelin tikintisi davam edir. 500 körpüdən 435-i artıq inşa olunub. Bütün bunlarla yanaşı elektrik stansiyaları, su təchizatı sistemləri, su anbarları, yaşayış evləri, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı və dəmir yolları tikilib. Bütün bu işlər cəmi beş il ərzində həyata keçirilib. Bu isə torpağın əsl sahiblərinin öz doğma yurdlarına münasibətinin göstəricisidir".

Reportyor.az 



MANŞET / KARUSEL / GÜNDƏM
Tarix: Bu gün, 13:14